Dəmir yumruq » Cəmiyyət » Akif İslamzadə infarkt keçirib: vəziyyəti necədir?
Cəmiyyət / Dün, 08:51

Akif İslamzadə infarkt keçirib: vəziyyəti necədir?

 

Müğənni Akif İslamzadə infarkt keçirib.

Sənətçinin oğlu Ayxan İslamzadə Musavat.com-a açıqlamasında atasının səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.

Onun sözlərinə görə, sənətçi ağır formada infarkt keçirib və ürəyə gedən üç damardan biri tutulub. Həkimlər gecə saatlarında əməliyyat həyata keçirərək damara stent yerləşdiriblər.
Ayxan İslamzadə bildirib ki, hazırda atasının vəziyyəti orta-ağır olaraq qalır:

"Gecə əməliyyat etdilər və damara stent yerləşdirdilər. Bu gün günortadan sonra palataya yerləşdirəcəklər. Buna qədər heç vaxt ürəyindən şikayəti olmayıb. Ancaq yaşı ilə əlaqədar kiçik xəstəlikləri olurdu".

Qeyd edək ki, Azərbaycan estradasının ən tanınmış simalarından olan Akif İslamzadə uzun illərdir səhnə fəaliyyətindən uzaq həyat yaşayır.

Şahanə Rəhimli


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.