Dəmir yumruq » Cəmiyyət » Hövsana qazın verilməsi DAYANDIRILACAQ
Cəmiyyət / Bugün, 08:46

Hövsana qazın verilməsi DAYANDIRILACAQ

 

Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Demiryumruq.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə saat 10:00-dan işlər yekunlaşanadək Hövsan qəsəbəsində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.