Dəmir yumruq » Cəmiyyət » Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar
Cəmiyyət / Bugün, 17:00

Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar

 

Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi Qaydası” Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı ilə tənzimlənir. 
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
 
O qeyd edib ki, qaydalara əsasən, I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
 
- dinləyib-anlama bacarığı;
 
- rabitəli danışma bacarığı;
 
- söz ehtiyatı;
 
- hərf və səsləri anlama və tələffüz etmə.
 
II-XI siniflər üzrə müsahibə zamanı şagirdin tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında (hər sinif üzrə tələblər sadədən mürəkkəbə doğru dəyişməklə) qiymətləndirilir:
 
- dinləyib-anlama bacarığı;
 
- oxu bacarığı;
 
- danışma bacarığı;
 
- yazı bacarığı.
 
Sektor müdiri yekun olaraq bildirib ki, yazı bacarığının yoxlanılması tədrisi digər dillərdə aparılan bölmələr üzrə 1-ci sinfə qəbul prosesinin müsahibə mərhələsində yox, 2-11-ci siniflər üzrə müsahibə zamanı yoxlama meyarıdır. 
 
Linkə keçid edərək qaydalarla daha ətraflı tanış ola bilərsiniz.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.