Dəmir yumruq » Cəmiyyət » Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
Cəmiyyət / Bugün, 18:53

Bağça müdiri olmaq istəyənlərin diqqətinə!

 

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanaraq namizədlərin şəxsi səhifələrinə göndərilib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, 30 aprel tarixindən etibarən test imtahanı mərhələsindən uğurlu keçmiş namizədlər üçün müsahibə mərhələsinə başlanılması nəzərdə tutulur. Müsahibələr müvafiq regional təhsil idarələri tərəfindən keçiriləcək, müsahibənin tarixi və məkan ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.