Dəmir yumruq » Cəmiyyət » Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi
Cəmiyyət / Bugün, 10:59

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi

 

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib.

Demiryumruq.az APA-ya istinadla xəbər verir ki, 15 yaşlı rayon sakini Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.