Dəmir yumruq » Cəmiyyət » Həcc ziyarətinə getmək istəyən azərbaycanlıların diqqətinə!
Cəmiyyət / Bugün, 18:53

Həcc ziyarətinə getmək istəyən azərbaycanlıların diqqətinə!

 

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.
 
QMİ rəsmisi vurğulayıb ki, Həcc üçün qurum 1150 yer ayırıb.
 
O qeyd edib ki, Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarların ilk təyyarəsi mayın 17-də uçacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.