Dəmir yumruq » Cəmiyyət » Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Cəmiyyət / Bugün, 10:01

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi

 

Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşları da daxil olmaqla, 78 əcnəbini deportasiya ediblər.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, Azərbaycan, Banqladeş, Belarus, Misir, Hindistan, İndoneziya, Yəmən, Kamerun, Çin, Nigeriya, Pakistan, Rusiya, Somali və Türkiyə vətəndaşları Gürcüstandan çıxarılıb.
 
Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.