Dəmir yumruq » Cəmiyyət » Onkoloq: Xərçəngin gizli əlamətlərinə diqqət edin
Cəmiyyət / Dün, 09:49

Onkoloq: Xərçəngin gizli əlamətlərinə diqqət edin

 

Onkoloq, kimyaterapevt Rasul Axmaev bildirib ki, xərçəngin erkən mərhələlərində insan özünü sağlam hiss edə bilər, lakin bu zaman orqanizmdə şiş inkişaf edir.

Demiryumruq.az xəbər verir ki, onun sözlərinə görə, tez-tez xəstələnmək, uzunmüddətli öskürək, səbəbsiz yorğunluq və iştahanın itməsi diqqət yetirilməli əlamətlərdir.

Mütəxəssis vurğulayıb ki, sürətli arıqlama (2-3 ayda 10-15 kiloqram), gecə tərləmələri və davamlı zəiflik də xərçəngin gizli simptomları ola bilər.

Axmaev vurğulayıb ki, xüsusilə ailəsində xərçəng halları olanlar mütəmadi olaraq həkim müayinəsindən keçməlidirlər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.