Dəmir yumruq » Cəmiyyət » Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
Cəmiyyət / Bugün, 09:37

Bakıda 3 min ev su kollektorunun üzərində tikilib

 

Bakıda 3 min ev su kollektorlarının üzərində tikilib.

Demiryumruq.az xəbər verir ki, Sitat.info bu barədə məlumatı etibarlı mənbədən əldə edib.

Bildirilib ki, Bakıda və Abşeronda ümumilikdə 3 min ev su kollektorlarının üzərində inşa edilib.

Mənbə bildirib ki, bu hal əsasən son 10 il ərzində qeydə alınıb. Bu isə sıradan çıxan kollektorların təmir və bərpa edilməsini çətinləşdirib.

Bugünlərdə isə kollektorların üzərində yerləşən evlərin söküntüsünə başlanılıb. Qeyd edək ki, Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb, ərazidəki evləri su basıb. Qəzaya səbəb olan ev sökülüb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.