Dəmir yumruq » Cəmiyyət » Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
Cəmiyyət / Dün, 22:01

Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

 

Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır. 
Azərbaycanda kommunal xidmətlər üzrə vahid abonent bazasının ilkin mənbə kimi təkmilləşdirilməsi və digər sistemlərin bu məlumatlardan istifadəsinin təmin edilməsi istiqamətində tədbirlər görüləcək.
 
Demiryumruq.az Report-a istinadla xəbər verir ki, abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması planlaşdırılır.
 
Bu məqsədlə "Azərişıq" ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəristiliktəchizat" ASC və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tədbirlər planı hazırlaYacaq. Planın bu il mayın 15-nə qədər təqdim edilməsi nəzərdə tutulur.
 
Bundan əlavə, abonent məlumat bazasında ünvan reyestri məlumatlarının tətbiqi genişləndiriləcək və bu sahədə də mötəbərlilik səviyyəsinin 90 %-ə çatdırılması hədəflənir.
 
Məlumatların dəqiqləşdirilməsi məqsədilə nəzarətçilər yerində mobil qurğular (planşetlər) vasitəsilə FİN, VÖEN və ünvan məlumatlarının toplanılmasını həyata keçirəcək.
 
Bu tədbirlər kommunal xidmətlər üzrə formalaşdırılan məlumatların dürüstlük səviyyəsini müəyyən edir və məlumatların vahid qaydalar əsasında, rəsmi mənbələrlə uyğun şəkildə formalaşdırılması əsas meyar kimi götürülür.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.