Dəmir yumruq » Cəmiyyət » Azad olumuş ərazilərdə hansı sahələrdə iş var? - SİYAHI
Cəmiyyət / Bugün, 10:02

Azad olumuş ərazilərdə hansı sahələrdə iş var? - SİYAHI

 

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2025-ci ildə yaradılan yeni iş yerlərinin fəaliyyət növləri məlum olub.

Demiryumruq.az xəbər verir ki, bu barədə Modern.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda yeni açılan iş yerlərinin sayı 2024-cü ildə 2266 olduğu halda, 2025-ci ildə 2275-ə yüksəlib.

İllər ərzində sahələr üzrə ciddi dəyişikliklər diqqət çəkir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində iş yerləri 227-dən 459-a çataraq iki dəfəyə yaxın artıb. Təhsil sahəsində isə daha kəskin dinamika müşahidə olunur. Belə ki, bu sahədə iş yerlərinin sayı 228-dən 679-a yüksələrək sosial infrastrukturun genişləndiyini göstərir.

Bunun əksinə olaraq, tikinti-təmir sahələrində eniş müşahidə olunur. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində ötən il açılan iş yerlərinin sayı isə 29-dur.

Eyni zamanda su təchizatı və tullantıların təmizlənməsi sahəsində 164, dövlət idarəetməsi və sosial təminatda 74 yeni iş yeri açılıb. Şərqi Zəngəzur iqtisadi rayonunda isə ümumi dinamika fərqli istiqamətdə inkişaf edib. 2024-cü ildə 953 olan yeni iş yerlərinin sayı 2025-ci ildə 854 olub. Lakin burada da struktur dəyişiklikləri diqqət çəkir.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 91-dən 226-ya yüksəlib. Eyni zamanda ötən il nəqliyyat və anbar təsərrüfatında iş yerləri 39, peşə, elmi və texniki fəaliyyətlərdə isə 37 yeni iş yeri yaradılıb. Digər tərəfdən, tikinti sahəsində 127, inzibati və yardımçı xidmətlərdə 19, kənd təsərrüfatında 27 yeni iş yeri yaradılıb.

Statistikalar göstərir ki, işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın yeni mərhələyə keçib. Belə ki, ilkin bərpa və quruculuq işlərindən sonra iqtisadi fəaliyyət daha çox sosial infrastruktur, xidmət və dayanıqlı inkişaf sahələrinə yönəlir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.