Dəmir yumruq » Cəmiyyət » DİQQƏT! Bu yollarda yeni radar quraşdırıldı
Cəmiyyət / Bugün, 09:15

DİQQƏT! Bu yollarda yeni radar quraşdırıldı

 

Xırdalan-Novxanı yolunda yeni nəsil radar sistemləri quraşdırılıb.

Demiryumruq.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, artıq sürücülərin radara yaxınlaşarkən sürəti qısa müddətə azaltması inzibati cərimədən yayınmaq üçün kifayət etməyəcək.

Yeni qurğular yol boyunca sürət həddinin davamlı şəkildə izlənməsinə imkan verir. Sözügedən radarların hələ ki, istifadəyə verilmədiyi qeyd olunub.

Sürücülərə tövsiyə olunur ki, yol hərəkəti qaydalarına əməl etsinlər, müəyyən edilmiş sürət həddini aşmasınlar və həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.