Dəmir yumruq » Cəmiyyət » SON DƏQİQƏ! DYP xəbərdarlıq yaydı
Cəmiyyət / Bugün, 08:29

SON DƏQİQƏ! DYP xəbərdarlıq yaydı

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən dumanlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Demiryumruq.az xəbər verir ki, idarənin müraciətində deyilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir:

“Məlumdur ki, dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram tətili günlərində bölgələrə, istirahət və turizm məkanlarına üz tutan əhali sayının artmasını nəzərə alaraq, səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.