Dəmir yumruq » Cəmiyyət » Şəhərə giriş-çıxışda nəqliyyat axını tənzimlənir
Cəmiyyət / Bugün, 16:43

Şəhərə giriş-çıxışda nəqliyyat axını tənzimlənir

 

Bayram günləri ilə əlaqədar paytaxtdan bölgələrə səfər edən, eləcə də bölgələrdən paytaxta gələn vətəndaşların hərəkəti nəzərə alınaraq, Bakı şəhərinə giriş və çıxış istiqamətlərində nəqliyyat axını tənzimlənir, hazırda hərəkətin fasiləsizliyinə maneə yaradan ciddi sıxlıq müşahidə olunmur.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
 
Bildirilib ki, hərəkətin fasiləsizliyinin və təhlükəsizliyinin təmin olunması məqsədilə DYP əməkdaşları tərəfindən qeyd olunan istiqamətlərdə gücləndirilmiş rejimdə xidmət təşkil edilib, nəqliyyat axını operativ şəkildə tənzimlənir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.