Növbəti Ay tutulması hadisəsi martın 2-si və 3-nə təsadüf edəcək.
Demiryumruq.az bildirir ki, bu barədə "Star Walk" portalı xəbər yayıb.
Qarşıdan gələn "Qanlı Ay", yəni tam Ay tutulması hadisəsi 2026-cı il martın 2-dən 3-nə keçən zaman kəsiyində reallaşacaq. Qlobal koordinatlaşdırılmış vaxtla (UTC) Ayın tam qızarması martın 3-də saat 11:04-dən 12:03-ə qədər davam edəcək, tutulmanın pik nöqtəsi isə saat 11:33-də qeydə alınacaq.
Təbiət hadisəsi Amerika Birləşmiş Ştatlarının ərazisinin böyük qismində səhər saatlarında, Günəş doğmazdan öncə, Şərqi Asiya və Avstraliyada isə 3 mart axşamı müşahidə olunacaq. Yeni Zelandiya sakinləri isə bu mənzərəni martın 4-ü gecəyarısı izləyə biləcəklər. Qeyd edək ki, bundan sonrakı tam Ay tutulması yalnız 2028-ci ildə baş tutacaq.
Nadir astronomik hadisənin müxtəlif coğrafi ərazilərdə görünüb-görünməyəcəyini dəqiqləşdirmək üçün "Sky Tonight" tətbiqindən istifadə etmək mümkündür.