ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq yaxın aylarda vəzifəsini tərk etməyə hazırlaşır.
Demiryumruq.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Məlumata görə, Kelloq səlahiyyət müddəti başa çatdıqdan sonra – 2026-cı ilin yanvarında – administrasiyadan istefa verəcək.
Qeyd edək ki, xüsusi elçi vəzifəsi müvəqqəti xarakter daşıyır və maksimum 360 gün müddətinə təyin olunur. Bu müddət yalnız ABŞ Senatının qərarı ilə uzadıla bilər.
Agentliyə danışan mənbələrdən biri bildirib ki, təqaüdçü general Kelloq əvvəldən administrasiyada uzun müddət qalmağı planlaşdırmırdı. Onun istefasına dair rəsmi açıqlama isə hələ verilməyib.
Kelloq Ukrayna ilə bağlı siyasətdə ABŞ administrasiyasının əsas fiqurlarından biri hesab olunurdu. İstefası Tramp administrasiyasının xarici siyasət komandasında mühüm dəyişikliklərdən biri kimi qiymətləndirilir.