Dəmir yumruq » Siyasət » İran və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə etdi
Siyasət / Dünya / Dün, 07:44

İran və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə etdi

 

İran xarici işlər naziri Abbas Əraqçi və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
 
Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq proseslər müzakirə edilib.
 
Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. İran XİN rəhbəri türkiyəli həmkarına noyabrın 11-də hərbi təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
 
Hakan Fidan isə bölgədə sülh və sabitliyin bir-biri ilə bağlı olduğunu qeyd edərək, bütün ölkələrin regional sabitliyin qorunmasında məsuliyyət daşıdığını bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.