Dəmir yumruq » Mədəniyyət » "Xarıbülbül” festivalı onların konserti ilə başa çatıb
Mədəniyyət / 15-05-2026, 20:07

"Xarıbülbül” festivalı onların konserti ilə başa çatıb

 

Şuşada günün ikinci yarısında Xan qızı Natəvanın sarayının qarşısında Xalq artisti Səkinə İsmayılova və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
 
Demiryumruq.az xəbər verir ki, musiqi axşamında “Rast” dəstğahı səsləndirilib.
 
Gənc xanəndələr ustadları ilə birgə fərqli bir muğam axşamı təqdim edib. Xalq mahnıları və muğamların ustad ifaçısı Səkinə İsmayılova bu il 70 illik yubileyini qeyd edir.
 
Azərbaycan xalqı üçün həm musiqi, həm də fəlsəfə olan muğam ifaları ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.