Dəmir yumruq » Manşet » 2 min dəfə zəng edərək polisləri təhqir edən yapon həbs edilib
Manşet / Hadisə / 3-12-2022, 15:17

2 min dəfə zəng edərək polisləri təhqir edən yapon həbs edilib

2 min dəfə zəng edərək polisləri təhqir edən yapon həbs edilib

Yaponiyada 67 yaşlı yerli sakin 9 gün ərzində polisə 2 min dəfədən çox zəng edərək işçiləri təhqir edib.

Hadisə Saitama prefekturasının Kavaquti şəhərində baş verib. Telefonla danışan adam bütün polisləri işdən çıxarmaq lazım olduğunu qışqıraraq onları “böyük axmaqlar” və “vergi oğruları” adlandırıb.

Orta hesabla hər zəng altı dəqiqə çəkib və ümumilikdə o, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə 27 saat danışıb.

Nəticədə təqaüdçü həbs edilib və ona qarşı ittiham irəli sürülüb. Məlum olub ki, həmin şəxs uzun müddətdir ki, polisə oxşar zənglər edirmiş.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.