Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadə barəsində 1 maddə ilə ittiham verilib.
Məlumatına görə, Fuad Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci ( iki və daha çox şəxsi qətlə yetirmək) maddələri ittiham verilib.
Qeyd edək ki, ötən gün 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyərək öldürüb.