Bu ilin noyabr ayında narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 18 kq 947 qram müxtəlif çeşidli narkоtik maddə və 419 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumatda bildirilib.
Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 297 302 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları, xarici ölkə valyutası və mobil telefonlar saxlanılıb.