Dəmir yumruq » Manşet » Ceyhun Bayramov Belarus XİN rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib
Manşet / Hadisə / 27-11-2022, 07:48

Ceyhun Bayramov Belarus XİN rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib

Ceyhun Bayramov Belarus XİN rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə şənbə günü C.Bayramov özünün "Twitter" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.