Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində ağır yol qəzası keçirən Göyçay qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayraq bu gün vəfat edib.
Qeyd edək ki, hadisə noyabrın 20-də Bakı-Şamaxı-Yevlax yolunun rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.Özbəkistan vətəndaşı Dastov Raxmat Temuroviçin idarə etdiyi “MAN” markalı yük avtomobili ilə Göyçay qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlunun “LADA” markalı minik avtomobili toqquşub.
Nəticədə minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.