Bir sıra Azərbaycan KİV-də milyarder Fərhad Əhmədovun Göyçay rayonunadakı bağ evində axtarış aparılması və saxlanılması barədə məlumatlar yayılıb.
Milyarderin saxlanılması barədə məlumat həqiqətə uyğun deyil.
Qeyd edək ki, Fərhad Əhmədov dünyanın 1567-ci və Rusiyanın 66-cı ən varlı adamıdır. ABŞ hökuməti və Aİ Fərhad Əhmədov barəsində Rusiyanın Ukraynada hərbi əməliyyatları fonunda sanksiyalar tətbiq edib. F.Əhmədov eyni zamanda təbii meyvə şirəsi istehsalçısı AzNar şirkətinin rəhbəridir.