Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümmətyarov Ruslan Şükür oğlu həkimlərin səyinə baxmayaraq noyabrın 17-də vəfat edib.
Bu barədə bu gün MN-dən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!