Xəbər lenti
Dəmir yumruq » Manşet » Şəkidə toy karvanında avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Manşet / Hadisə / 14-11-2022, 15:18

Şəkidə toy karvanında avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib

Şəkidə toy karvanında avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının da həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Fuad Cəfərzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə dostunun toy karvanında yol hərəkəti qaydalarını, ictimai asayişi nümayişkəranə şəkildə pozub, eləcə də nəqliyyat vasitəsinə sayrışan işıqlar və saxta nömrə nişanı quraşdırıb.

Sonradan isə etdiyi avtoxuliqanlıq hərəkətləri sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə F.Cəfərzadə sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.