İstanbulun mərkəzində İstiqlal küçəsində baş verən partlayışla bağlı İstanbul Baş Prokurorluğu araşdırmalara başlayıb.
Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı partlayışın versiyalarından biri kimi qiymətləndirilir.
Xatırladaq ki, saat 16:20 radələrində İstanbulun İstiqlal küçəsində partlayış baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində 36 nəfər xəsarət alıb.