Xəbər lenti
Dəmir yumruq » Manşet » 8 noyabr - Zəfər Günü ilə bağlı Bakı və Şuşada yürüşlər keçiriləcək
Manşet / Hadisə / 2-11-2022, 19:05

8 noyabr - Zəfər Günü ilə bağlı Bakı və Şuşada yürüşlər keçiriləcək

8 noyabr - Zəfər Günü ilə bağlı Bakı və Şuşada yürüşlər keçiriləcək

Zəfər Günü ilə əlaqədar noyabrın 8-də Bakı və Şuşa şəhərlərində yürüş keçiriləcək.

Saat 10:00-dan 12:00-dək Bakı və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə şəxsi heyətin yürüşləri təşkil olunacaq.

Yürüşlər aşağıdakı qeyd olunan marşrutlar üzrə olacaq:


1-ci marşrut: Heydər Əliyev sarayı - Bülbül prospekti-Nizami kinomərkəzi-Neftçilər prospekti – Azadlıq meydanı;

2-ci marşrut: Şəhidlər Xiyabanı- Alov Qüllələri Kompleksi- İçərişəhər metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli.

3-cü marşrut: Hüseyn Cavid Parkı – Hüseyn Cavid prospekti – Parlament Prospekti- Şəhidlər Xiyabanı.

4-cü marşrut: Şuşa şəhərində.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.