Dəmir yumruq » Manşet » Bərdə sakini ov tüfəngi ilə həmkəndlisinə atəş açıb
Manşet / Hadisə / 31-10-2022, 17:00

Bərdə sakini ov tüfəngi ilə həmkəndlisinə atəş açıb

Bərdə sakini ov tüfəngi ilə həmkəndlisinə atəş açıb

Bu gün saat 13 radələrində Bərdə rayonunun Bala Qəcər kəndi ərazisində kənd sakini əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, E.Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulub. Ondan qanunsuz saxladığı 1 ədəd ov tüfəngi götürülüb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.