Bu gün axşam saatlarında Nizami rayonu C.Naxçivanski küçəsin Bakubus MMC-nin istismarında olan 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “BMC” markalı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə nəticəsində avtobusa və mağazaya ziyan dəysə də heç bir xəsarət halı qeydə alınmayıb. Bakı Nəqliyyat Agentliyi hadisə ilə bağlı araşdırma aparır, BakuBus MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb.
Bəzi KİV-də hadisə nəticəsində ölən və yaralananları olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bir daha KİV təmsilçilərini məlumat yayarkən rəsmi mənbələrə istinad etmələrini xahiş edirik.