Laçın rayonunda minaya düşən şəxslərdən biri ölüb.
Hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Elsevər Həmidov xəstəxanada keçinib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.
Xatırladaq ki, dünən Laçın rayonunun Suarası kəndində təmir tikinti işləri ilə məşğul olan 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.