Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib və o müvafiq sərəncamla Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.