Dəmir yumruq » Manşet » Prokurorluq Xocavənddə mina partlaması ilə bağlı məlumat yayıb
Manşet / Hadisə / 2-10-2022, 17:31

Prokurorluq Xocavənddə mina partlaması ilə bağlı məlumat yayıb

Prokurorluq Xocavənddə mina partlaması ilə bağlı məlumat yayıb

Oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Xocavənd rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.