Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Salyan rayonunun ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunun altında 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.