Xəbər lenti
Dəmir yumruq » Manşet » Lerikdə qəzada yaralananların vəziyyəti açıqlanıb
Manşet / Hadisə / 5-09-2022, 08:39

Lerikdə qəzada yaralananların vəziyyəti açıqlanıb

Lerikdə qəzada yaralananların vəziyyəti açıqlanıb

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 4-də Lerikin Günəşli kəndində turistləri daşıyan avtobus qəzaya uğrayıb. İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.