Ötən ay COVİD əleyhinə vaksinasiya üçün ümumilikdə 32 253 növbə götürülüb.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən xəbər verilib. Bildirilib ki, bunun 29 212-si Biontech/Pfizer, 2 979-u Coronavac, 62-si isə Sputnik V vaksini üçün olub.