Xəbər lenti
Dəmir yumruq » Manşet » İlham Əliyev Ərdoğana başsağlığı verdi
Manşet / Hadisə / 21-08-2022, 19:57

İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.