82 saylı Ağcabədi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Aydın Bəşir oğlu Quliyev həbs olunub.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Mikayıl Rəhimov deyib.
O bildirib ki, bu gün keçirilən iclasda ilk olaraq bu məsələ müzakirəyə çıxarıldı: “Məhkəmə qərarına əsasən, o, 31 may tarixində həbs edilib”.
Qanunvericiliyin tələbinə əsasən, Aydın Bəşir oğlu Quliyev komissiya üzvlüyündən çıxarılıb.