Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində batması ehtimal olunan 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, F.Əliyevin meyiti Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun batması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.