Xaçmazda meşə massivində yanğın başlayıb. Yanğın Xaçmaz-Xudat yolunun kənarındakı ərazidə qeydə alınıb. Əraziyə Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hazırda Gəndob-Yalama yolunun yanğın baş verən hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.