Dünyada koronavirusa yoluxanların sayı 480 milyon nəfəri keçib.
Bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 480 111 061 nəfərə, koronavirusa yoluxanlardan 6 121 153 nəfərə çatıb.
Məlumata əsasən, ən çox yoluxma və ölüm halları ABŞ (79 946 097 yoluxma halı və 976 652 ölüm halı), Hindistan (43 019 453 və 521 004), Braziliya (29 839 103 və 659 855), Fransa (24 967 222 və 142 046) və Böyük Britaniyada (20 848 912 və 165 046) qeydə alınıb.