Xəbər lenti
Dəmir yumruq » Manşet » Beynəlxalq Kosmik Stansiyada koronavirusla bağlı eksperiment başlayıb
Manşet / Cəmiyyət / Dünya / 25-03-2022, 14:27

Beynəlxalq Kosmik Stansiyada koronavirusla bağlı eksperiment başlayıb

Beynəlxalq Kosmik Stansiyada koronavirusla bağlı eksperiment başlayıb

Beynəlxalq Kosmik Stansiyada (BKS) 3D bioprinter vasitəsilə koronavirus zülalının kristallarının yetişdirilməsi prosesi başlayıb.

Bu eksperimenti rusiyalı kosmonavt Denis Matveyev həyata keçirir. Hazırda stansiyada zülalın kristallaşması aparılır.

Qeyd olunur ki, eksperimentin keçirilməsində əsas məqsəd koronavirusun insan hüceyrələrinə yoluxmasına yol açan zülal tərkibinin təhlili və bunun orqanizmə daxil olmasının mexanizmlərinin araşdırılmasıdır.

Koronavirusun RBD zülalının BKS-də yetişdirilməsindən sonra nümunə Yerə göndəriləcək və laboratoriyada bir neçə ay müddətində araşdırma aparılacaq.

BKS-də keçirilən eksperimentin kosmonavtlar üçün heç bir təhlükə törətmədiyi bildirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.