Avropada məhdudiyyətlərin aradan qaldırılmasından sonra COVID-19-a yoluxma hallarında artım müşahidə olunur.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge bildirib.
Onun sözlərinə görə, yoluxmaların sayında artım Avropanın 53 ölkəsindən 18-də qeydə alınıb.
"Bəzi Avropa ölkələri, o cümlədən Almaniya, Fransa, İtaliya və Böyük Britaniya COVID-19-a qarşı mübarizə çərçivəsində məhdudiyyətləri çox kəskin şəkildə aradan qaldırdılar və indi yoluxma sayında artım müşahidə olunur", - H.Kluge qeyd edib.