Azərbaycanda hidrometeoroloji müşahidə şəbəkəsi avtomatlaşdırılır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, Qarabağ bölgəsində 11 stansiya quraşdırılacaq.
“Həmin stansiyaların iyun ayına qədər quraşdırılması gözlənilir", - deyə xidmət rəisi bildirib.