Xəbər lenti
Dəmir yumruq » Manşet » Həbs edilən icra başçısının köməkçisi ilə bağlı ilkin QƏRAR VERİLDİ - YENİLƏNİB
Manşet / Hadisə / 16-03-2022, 05:19

Həbs edilən icra başçısının köməkçisi ilə bağlı ilkin QƏRAR VERİLDİ - YENİLƏNİB

Həbs edilən icra başçısının köməkçisi ilə bağlı ilkin QƏRAR VERİLDİ - YENİLƏNİB

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev məhkəmə qarşısına çıxarılıb.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Vahid İsayev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb.

16:20

Bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Ötən gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Vahid İsayevdən sonra daha bir səlahiyyətli şəxs Göyçay Rayon Prokurorluğuna çağırılıb.

Belə ki, Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürovun prokurorluqda ifadəsi alınıb.

O, prokurorluğa çağırıldığını təsdiqləyib:

“Hamını dəvət ediblər. Eləcə də mən çağırılmışam. Müəyyən suallar olub, cavab verib gəlmişik. Hazırda öz işimin başındayam”, - deyə o qeyd edib.

Xatırladaq ki, Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 28-də vəzifəsindən azad edilib. O, 2016-cı il iyunun 10-da bu vəzifəyə təyin olunmuşdu.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.