Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.
Bunu Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.
Onun sözlərinə görə, Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır. Bu, balanslaşdırılmış və düşünülmüş qərardır.