Xəbər lenti
Dəmir yumruq » Manşet » Tibbi yardım çantasının içərisində nələr olmalıdır?
Manşet / Cəmiyyət / 14-03-2022, 15:52

Tibbi yardım çantasının içərisində nələr olmalıdır?

Tibbi yardım çantasının içərisində nələr olmalıdır?

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova “Həkim məsləhəti” rubrikasında “Tibbi yardım çantasının içərisində nələr olmalıdır?” sualını cavablandırıb.

Hər bir evdə tibbi yardım çantaları var. Amma biz bu çantalardan düzgün istifadə edirikmi? Heç kim hər hansı qəzalardan, başına gələ biləcək hadisələrdən sığortalı deyil. Hər an narahatlıq hiss edə bilərik, hərarətimiz, qan təzyiqimiz qalxa bilər, travmalar ala bilərik. Belə olan hallarda özümüzə ilk yardım göstərməliyik. Bu zaman köməyimizə əlimizin altında olan tibbi yardım çantaları gəlir.

Bu səbəbdən hər bir evdə tibbi yardım çantasının olması mütləqdir. Tibbi yardım çantasının içərisinə steril bint, elastik bint, pambıq, jqut və plastırlar daxil edilməlidir. Bundan başqa, tibbi çantada yanıqlara və yaralara ilkin yardım üçün pantenol, 3%-li peroksid, dezinfeksiya üçün spirt məhlulu olmalıdır. Eyni zamanda, çantaya qrip üçün olan dərman preparatlarını, burun damcılarını əlavə etməliyik.

Bu tibbi yardım çantası evdə əlçatan və günəş şüalarının olmadığı quru yerdə, lakin uşaqların götürə bilməyəcəyi yerdə saxlanmalıdır. Çantaya dərmanlar alınarkən çalışmaq lazımdır ki, istifadə müddəti uzun olsun. Həmçinin, tibbi yardım çantasında olan dərmanları 3 aydan bir nəzərdən keçirməyi, vaxtı keçmiş preparatları yeniləmək lazımdır.

Bununla bağlı videosüjeti Mərkəzi Gömrük Hospitalının "youtube" kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirk: https://youtu.be/EBA4FC25ubU

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.