Xəbər lenti
Dəmir yumruq » Manşet » Rusiya pandemiyaya görə Azərbaycana uçuş qadağasını ləğv etdi
Manşet / İqtisadiyyat / 11-03-2022, 15:46

Rusiya pandemiyaya görə Azərbaycana uçuş qadağasını ləğv etdi

Rusiya pandemiyaya görə Azərbaycana uçuş qadağasını ləğv etdi

Rusiya koronavirus pandemiyası ilə bağlı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib.
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) yayıb.

Bildirilir ki, 2022-ci il martın 9-u Rusiya hökumətinin qərarına əsasən, sözügedən ölkələrə müntəzəm və qeyri-müntəzəm reyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Reyslər qarşılıqlı əsasda həyata keçiriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.