Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda “Turkovac”ın 3-cü faza kliniki sınaqlarına başlanılır
Manşet / Cəmiyyət / 10-03-2022, 16:00

Azərbaycanda “Turkovac”ın 3-cü faza kliniki sınaqlarına başlanılır

Azərbaycanda “Turkovac”ın 3-cü faza kliniki sınaqlarına başlanılır

Azərbaycanda COVID-19-a qarşı hazırlanan Türkiyə istehsalı olan "Turkovac" peyvəndinin 3-cü faza kliniki sınaqlarına başlanılır.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Türkiyə Sağlamlıq İnstutları Başqanlığı (TUSEB) ilə Bakı Sağlamlıq Mərkəzi arasında protokol imzalanıb.

Protokolu TUSEB rəhbəri Erhan Akdoğan və Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov imzalayıb.

İmzalama mərasimində iştirak edən Türkiyə Aşı İnstitutunun rəhbəri Atəş Kara da "Turkovac" peyvəndinin Türkiyədə geniş şəkildə istifadə edildiyini və böyük maraqla qarşılandığını bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.