Xəbər lenti
Dəmir yumruq » Manşet » Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
Manşet / Dünya / 9-03-2022, 20:39

Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi

Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi

Yoxlama nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Donbassda xüsusi əməliyyat keçirən bölmələrində bir neçə çağırışçı aşkar edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov brifinq zamanı bildirib.

“Təəssüf ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirak edən hissələrində çağırışçıların olması ilə bağlı bir sıra faktlar aşkar edilib”, - Konaşenkov bildirib.

Onun sözlərinə görə, təcili hərbi xidmət keçənlərin demək olar ki, hamısı artıq Rusiya ərazisinə qaytarılıb. Hazırda onların Ukrayna ərazisindəki döyüş bölgələrinə göndərilməməsi üçün tədbirlər görülür.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada çağırışçıların olmasını qəti şəkildə təkzib etmişdi.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.